Prezident Qaxda avtomobil yolunun açılışında iştirak edib - FOTOLAR

Dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov prezident İlham Əliyevə məlumat verib ki, rayonun Fısdıqlı, Marsan və Cüdüllü kəndlərinə gedən 7 kilometrlik giriş yolları ilə bərabər avtomobil yolunun ümumi uzunluğu 23,5 kilometrdir.
Dövlət başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.


