BU NƏDİ BELƏ: Bakıdakı bu mağazaların paltardəyişmə otağında kamera var - “Sahibkarlar 2 il həbs ediləcək”

Mövzunu araşdırmaq üçün şikayətçinin nişan verdiyi bir neçə mağaza ilə əlaqə saxladıq. Əksər mağaza sahibləri soyunub-geyinmə otağında kameranın olmadığını desə də, bir neçə mağaza sahibi “Kamera var, amma işləmir” deyə münasibət bildirdi.
Buradan bir sual ortaya çıxır. Əgər o kamera işləmirsə, obyekti lentə almırsa niyə o zaman həmin otağa quraşdırılıb? Bu artıq şübhəli məqamdır.
Hüquqşünas Emil Aslanov Moderator.az -a açıqlamasında bildirib ki, mağazalarda paltardəyişmə otağında gizli kameraların quraşdırılması qanunvericiliyə ziddir.
“Çünki kamera açıq-aşkar yerdə olmalıdır. Əlavə də kameranın həmin mağazada olmasına dair məlumatverici yazılar olmalıdır ki, bu mağazada kamera çəkir. Əgər soyunub-geyinmə otağında gizli kameralar quraşdırılıbsa, o vizual şəkildə aşkar edilmirsə, hər-hansı bir lövhə yoxdur ki, burada kamera var, o halda burada şəxsin toxunulmazlıq hüququ, cinayət məcəlləsinin 156-cı maddəsinin tələbləri pozulur. Bununla bağlı zərərçəkən şəxs hüquq-mühafizə orqanlarına xəbər verməklə özünü müdafiə edə bilər. Burada artıq ailənin gizli çəkilməsi cinayət tərkibi yaradır. Adi fiziki şəxslər üçün orada cərimə cəzası və ictimai işlər var. Ən son həddi 1 il müddətinə qədər azadlıqdan məhrumetmədir. Əgər qulluq mövqeyindən istifadə edilib bu hadisə törədilirsə bu halda 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bir çox mağaza sahibləri deyir ki, kamera çəkmir, elə-belə quraşdırılıb. Əgər çəkmirsə ora niyə qoyulub?! Soyunub-geyinmə otağında oğurluq ola bilməz ki..Oğurluq mağazanın özündə ola bilər. Onu da açıq-aşkar kamera ilə çəkirlər. Burada əsas məqsəd görüntülərin hansısa məqsədlər üçün əldə edilməsidir” deyə hüquqşünas bildirib.