Qobu sakini nəqliyyat problemindən şikayətçidir

Qobu sakini nəqliyyat problemindən şikayətçidir Daimi və eyni zamanda saytımızın obyektivliyinə inanan oxucumuz ( bunu özü müraciətində qeyd edir ) Azər Telman oğlu Baxşəliyevin yaşadığı kəndin problemi ilə bağlı şikayətini olduğu kimi dərc edirik:

“Mənim şikayətim 567 nömrəli Avtovağzal- Qobu avtobus marşrutu ilə bağlıdır.

Bu marşrut 29.07.2017-ci il tarixinə qədər Qobu kəndinin lap axırınadək, yəni kəndin təzə salınmış məhəllələrinədək gəlirdi. Və sakinlər də razı idi. Sonradan 140 nömrəli Qobu-Lökbatan marşrutu ilə aralarında yaranan mübahisə nəticəsində 567 nömrəli marşrut öz son dayanacağını təzə salınmış məhəllələrdən 3 km məsafədə geri çəkərək əhalinin haqlı narazılığına səbəb olub.

Nəticədə uşaqlar, qadınlar, qocalar və işə gedən digər şəxslər 3 km məsafəni piyada getməli olur ki, avtobusa minsinlər.

Sizdən xahiş edirik ki, aidiyyəti qurumlara bu barədə məlumat verəsiniz və bizə köməklik etsinlər”.

QAFQAZXEBER.AZ
Geri qayıt