Artur Rəsizadə də köçkün müəllimləri dinləmədi - FOTOLAR

Artur Rəsizadə də köçkün müəllimləri dinləmədi - FOTOLAR İşğaldan öncə dövlət qurumlarında çalışanlara ödənilən vəsaitin müddəti uzadılmayan məcburi köçkün rayonlarının müəllimləri bu gün yenə növbəti dəfə Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçiriblər.
Bu haqda məlumat verən aksiya iştirakçıları bildiriblər ki, etdikləri təkidli müraciətlərə baxmayaraq, Nazirlər Kabinetindən heç kim onları qəbul etməyib. Bundan sonra isə onlar Prezident Administrasiyasına üz tutublar. Lakin orada da onları heç kim qəbul etməyib? “Prezident Administrasiyasında olduq. Bildirdilər ki, bizim məsələmizlə bağlı növbəti ayın sonunda yenilik ola bilər. Ayın sonu gəlib xəbər tutaq”.
Qeyd edək ki, “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarı ilə orta aylıq (dondurulmuş) əməkhaqqı ilə təmin edilən məcburi köçkünlərə edilən ödənişlər bu ilin yanvar ayından dayandırılıb.
Xatırladaq ki, köçkün müəllimlər iyul ayında bir neçə dəfə Nazirlər Kabinetinin qarşısında dəfələrlə etiraz aksiyası keçirsələr də, şikayətlərinə baxan olmayıb. Etiraz edən köçkün müəllimlər bildiriblər ki, onlar təhsil, səhiyyə, mədəniyyət sahələrində və başqa dövlət orqanlarında çalışmış və özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olduqları üçün onlara orta aylıq (dondurulmuş) əməkhaqqı verilib. 2017-ci ilin yanvarından isə həmin maaşların verilməsi dayandırılıb.

Gununsesi.info
Artur Rəsizadə də köçkün müəllimləri dinləmədi - FOTOLAR
Artur Rəsizadə də köçkün müəllimləri dinləmədi - FOTOLAR
Artur Rəsizadə də köçkün müəllimləri dinləmədi - FOTOLAR
Geri qayıt