Azərbaycanlı gəlin iki uşağını atıb ərinin əmisi oğlu ilə qaçdı

Azərbaycanlı gəlin iki uşağını atıb ərinin əmisi oğlu ilə qaçdı Gürcüstanın azərbaycanlılar yaşayan Poniçala kəndində gəlin iki azyaşlı körpəsini ataraq həyat yoldaşının əmisi oğlu ilə qaçıb.

Bu barədə adıçəkilən kəndin sakinləri məlumat veriblər.

Qeyd olunur ki, hadisə iyul ayının 29-da baş verib. Məlumata görə, Qələmkər Alik qızı Sadıqova ərinin əmisi oğlu Paşa Mamedova qoşulub qaçdıqdan sonra Gürcüstan polisinə ifadə verib.

Onlar bir-birlərini sevdiklərini və könüllü qaçdıqlarını bildiriblər.

Bildirilir ki, Qələmkər Sadıqova Orxan Mamedovla Gürcüstanda tanış olub və evlənib. Bundan sonra əri ilə Moskvaya köçən Q.Sadıqova ərinin əmisi oğlu P.Mamedovla münasibət qurub və birlikdə Gürcüstana qaçıblar.
Geri qayıt