Qəbul imtahanında 650 bal toplayan Sevinc təhsil ala bilməyəcək

Sözü gedən tələbə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. Amma, ailəsi imkansız olduğundan tələbə təhsil ala bilməyəcək.
Belə ki, tələbənin qalmağa yeri, kirayə ev tutmağa imkanı və kitab-dəftər almağa pulu yoxdur. Yaxın vaxtlarda bu problem həllini tapmasa, tələbə qız kənddə qalacaq və universitetdə təhsilini davam etdirməkdən məhrum olacaq.