"Bir sözlə, bu kartın heç bir üstünlüyü qalmadı və... - kimsəyə məsləhət bilmirəm"

Tribunainfo.az xəbər verir ki, bu barədə “Bank of Baku” müştərisi Elnur Ağayev paylaşım edib. O bildirib ki, bu kart ümidləri doğrultmadı:
“Təsəvvür edin, restoranlarda 5 faiz kəşbek yazıblar, amma aylıq 10 manat limit qoyublar. Yaxud Trendyol ödənişlərində kəşbek faizini birdən birə 7 faizdən 0.5 faizə salıblar.
Bir sözlə, bu kartın heç bir üstünlüyü qalmadı və kimsəyə məsləhət bilmirəm.
