Fəttah Heydərovun köməkçisi paytaxtda “yaşıl soyqırımı”n başında

Fəttah Heydərovun köməkçisi paytaxtda “yaşıl soyqırımı”n başında Azərbaycan Ağsaqqallar Şurası sədri, deputat Fəttah Heydərovun köməkçisi Ramin Babayevin paytaxtda, əsasən də Nizami rayonunda yaşıllıqlara qənim kəsildiyi iddia olunur.
Daxil olan məlumata görə, son aylar paytaxtın Nizami rayonunda yaşıllıqların məhv edilməsi ənənə halını alıb. Bu rayondakı vəziyyətlə bağlı hətta Ekologiya və Təbii Sərvətlər nazirliyi dəfələrlə yaşıllıqları yoxa çıxardan şəxslərə qarşı müxtəlif cərimələr, inzibati cəzalar kəssə də, sonda heç bir yaxşı nəticə verməyib. Əksinə hazırda Nizmai rayonunda demək olar, hər həftə hansısa bir yaşıllıq ərazi gecədən-gecəyə yoxa çıxır.
Nizami rayonunda baş verən “yaşıl soyqırımı”n artıq ölkə rəhbərliyi səviyyəsinə qədər çıxdığı və məəslədə günhakar şəxslərin cəzalandırılması ilə bağlı müvafiq tapşırığın verildiyi deyilir. Buna misal olaraq həftənin əvvəlində hüquq mühafizə orqanlaırnın Nizami rayonudakı ağac “qətliamı” ilə bağlı araşıdrmalara başlaması və bir neçə şəxsin məsuliyyətə cəlb edilməsi ilə bağlı mətbuata məlumat verildi.
Arqument.az-a verilən məlumatda deyilir ki, Fəttah Heydərovun köməkçisi Ramin Babayevin bu rayonda yol verdiyi qanununsuzluqlar da diqqət çəkib.
“Əslində, Nizami rayonunun Kamaləddin Heydərovla Bəylər Əyubov arasında bölünməsi ilə bağlı dəfələrlə ölkə mediasında məlumatlar dərc edilib. Amma bu gün rayonunda hazırda yoxa çıxan yaşıllıqların yerində tikilən obyektlərin əksəriyyəti Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası, millət vəkili, Fəttah Heydərovun Azərbaycan Ağsaqqallar Şurasında köməkçisi vəzifəsində işləyən Ramin Babayevə məxsusdur”, – mənbə qeyd edir.
Onun sözlərinə görə, bir neçə ildir ki, Ramin Babayev bu rayonda “əmlak kralı”na çevrilib. Hazırda Fəttah Heydərovun köməkçisinin Nizami rayonunda 100-ə qədər obyektinin olduğu bildirilir. Bunların arasında Ticarət Mərkəzləri, restoranlar, müxtəlif xidmət sahələrinə aid olan obyektlər var.
Mənbə bildirir ki, Ramin Babyevin əsas işlərindən biri Nizami rayon icra hakimiyyəti başçısının “alqı-satqı” işlərinə nəzarəti həyata keçirməkdir. Nizmai rayonunda istənilən bir sahibkar işinin həlli üçün vasitəçiliyi Ramin Babayevi həyata keçirir. Ona kimsə qadağa qoymağa da cəsarət edə bilmir.
“Ramin Babayev iş adamlarına ərazi satmaqla məşğul olur. Bu ərazilərdəki ağaclar isə gecələr Ramin Babayevin adamları tərəfindən sakitcə kəsilir və ərazi elə gecəylə də hasarlanır. Bundan sonra isə ərazinin sahibi peyda olur və həmin ərazidə tikinti işləri başlayır”, – bildirib.
Mənbə qeyd edir ki, Ramin Babayevin bu əməllərindən Fəttah Heydərovun xəbərinin olub-olmaması da bəlli deyil: “Deyilənə görə, Fəttah Heydərovun bunlardan xəbəri yoxdur. Amma bu, inandırıcı görünmür. Deputat oliqarxa çevrilən köməkçisinin əməllərindən necə məlumatsız ola bilər ki?… Hətta məlumat var ki, son günlər yaşıllıların qırılmasının səs-küyə çevrilməsi və yuxarı dairələrin narazılığına səbəb olması Ramin Babayevi həyacanlandırıb və o, Nizami rayonundakı işlərinə son vermək istəyir”.
“Fəttah Heydərovun köməkçisi olan bu gənc iş adamı öz gələciyini hakimiyyətdə ciddi bir vəzifə tutmaqda üzərində qurmağa çalışır. Ancaq onun adının yaşıllıqların məhv edilməsində çəkilməsi bu məqsədə çatmasına əngəl ola bilər”, – mənbə deyir.
Onun sözlərinə görə, Ramin Babayev o qədər uzağa gedib ki, hətta yeni yaradılmış bir media orqanına gizli maddi dəstək verir və öz nüfuzunu bu sayt vasitəsi ilə qorumaq haqqında düşünür.
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Arqument.Az
Geri qayıt