Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

Bunu Beynəlxalq Əmək Təşkilatının (BƏT) gender bərabərliyi və ayrı-seçkiliklə mübarizə üzrə mütəxəssis Özge Berber Agtaş 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu çərçivəsində “Azərbaycanda qayğı işi: gender bərabərliyinin daha güclü olduğu iş dünyası naminə qayğı məzuniyyəti və xidmətinə sərmayə” mövzusunda qiymətləndirmənin əsas nəticələri ilə bağlı çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycanda atalıq məzuniyyəti (14 günlük, ödənişsiz), uzunmüddətli qayğı məzuniyyəti və təxirəsalınmaz məzuniyyət (ödənişsiz) ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün müəyyən addımlara ehtiyac var.
Onun sözlərinə görə, Azərbaycan BƏT-in “Analığın müdafiəsi haqqında” 183 nömrəli və “Ailə vəzifələri olan işçilər haqqında” 156 nömrəli Konvensiyasını təsdiq edib.