Gündə 2 saatdan çox maşın sürmək beyini sarsıdır, yaddaşı öldürür- ELM

Gündə 2 saatdan çox maşın sürmək beyini sarsıdır, yaddaşı öldürür- ELM İngilis alimlərinin apardıqları araşdırmalar nəticəsində gündə 2 saatdan çox avtomobil idarə edən insanların IQ səviyyələrinin azalması məlum olub. Alimlər qrupunun fikrincə, uzun müddət sükan arxasında olan insanlarda beyin funksiyalarından bəzilərinin zəifləyir. Bu da onların məntiqi mühakimə yürütməsinə, yaddaşlarının zəifləməsinə səbəb olur.

Gündə iki saatdan çox sükan arxasında olan insanlar zehni və fiziki cəhətdən passivləşir. Bunun əvəzində, onlarda stress, gərginlik, qan dövranının anormal fəaliyyətindən irəli gələn bir çox psixi pozuntular meydana çıxır.

İngilis alimlər əsasən, yaşı 40-45-i ötən insanlarda bu problemlərin daha aşırı olduğunu qeyd ediblər. Araşdırmada hər gün iki saatdan çox maşın sürən insanların mütəmadi olaraq, hərəkət etmələri, təbiətlə təmasda olmaları qeyd olunur.
Geri qayıt