“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib

Qeyd edək ki, mütəmadi şəkildə keçirilən bu dəfəki tədbirlər çərçivəsində ümumilikdə 1000 ədəd müxtəlif növ ağac əkilib. Aksiyada Abşeron RİH-in, Abşeron-Xızı Regional Təhsil İdarəsinin və təhsil müəssisələrinin rəhbər şəxsləri, şəhid ailələri, müharibə iştirakçıları, Abşeron könüllüləri, şagird və müəllim kollektivləri iştirak edib.
Yeni əkilmiş ağaclara üzvi gübrə verilib, suvarılıb və lazimi aqrotexniki qulluq göstərilib. Bundan əlavə, rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən ərazilərdə ümumi təmizlik və abadlıq işləri həyata keçirilib.
Məlumat üçün bildirək ki, ekoloji tarazlığın qorunması və yaşıllıq zolaqlarının artırılması məqsədilə rayon ərazisində yeni ağacların əkilməsi istiqamətində görülən tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.















