“Dostluq”parkına görə tutulanlardan biri azadlığa buraxıldı

“Dostluq”parkına görə tutulanlardan biri azadlığa buraxıldı “Dostluq” parkının ərazisindəki torpaq sahələrinin qanunsuz alqı-satqısına görə təqsirləndirilənlərdən biri, 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin sabiq rəisi Famil Quliyev azadlığa buraxılıb.

F.Quliyev Nizami rayon Məhkəməsinə müraciət edərək cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini istəyib.

Müalicə Müəssisəsində saxlanılan F.Quliyevin istəyi təmin edilib və o Məntəqə Tipli Cəza Çəkmə Müəssəsinə keçirilib. Bununla da, F.Quliyev azadlığa çıxıb.

Qeyd edək ki, bu iş üzrə təqsirləndirilənlər - Etibar Məmmədov 7 il, Famil Quliyev 6 il, Tərlan Hüseynov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Geri qayıt