“Lotu Quli”nin yeznəsi azadlığa çıxdı - Vaxtından əvvəl

“Lotu Quli”nin yeznəsi azadlığa çıxdı - Vaxtından əvvəl Kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovun yeznəsi olan və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vidadi Hüseynov azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilən V.Hüseynov vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib. Onun müraciəti təmin edilib və qalan 3 aylıq cəzasını çəkmədən sərbəst buraxılıb.

Qeyd edək ki, V.Hüsyenovun üzərindən 12,360 qram heroin aşkar edilib.
Geri qayıt