Ruslan Əliyev vəzifəsindən azad edildi

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsi müavin Azər Məmmədova həvalə edilib
Qeyd edək ki, Ruslan Əliyev 2019-cu ildən bu vəzifəni icra edirdi. A. Məmmədov isə 2023-cü ilin mart ayına qədər “SOCAR Energy Georgia”nın baş direktorunun müşaviri vəzifəsində çalışıb.
“Azəriqaz” İstehsalat Birliyindən mətbuata verilən açıqlamada məlumat təsdiq edilib.