Bakı-Sumqayıt yolunda avtobusların sürəti artıb, sərnişinlərin səfər müddəti azalıb

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
"Xüsusi hərəkət zolaqları ictimai nəqliyyatının əsas komponentlərindən biri olmaqla yanaşı, zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır", - deyə qurum bəyan edib.