Xankəndidə yeni seçki məntəqəsi YARADILACAQ
- 16-12-2023, 16:45
- 427
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.
Onun sözlərinə görə, Xocalı, Əsgəran və Ağdərədə də seçki məntəqələri yaradılacaq: "Hamımız həmin ərazilərdə səs verəcək seçicilərə həsəd aparacağıq".
Bildirilir ki, azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq. Azad edilən əraziləri əhatə edən 9 seçki dairəsində 26 seçki məntəqəsinin yaradılması planlaşdırılır.
Digər 7 dairə üzrə də 20 seçki məntəqəsinin yaradılmasına ehtiyac var.