"Bir şagirdin təhsili üçün 7 min manat xərclənir" - Nazir
- 15-12-2023, 11:34
- 317
Bu barədə Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında bildirib ki, bu gün bir şagirdin təhsili üçün 7 min manat xərclənir.
"Bu da demək olar özəl təhsil müəssisəsi ilə eynidir. Amma nəticə aşağıdır", - o vurğulayıb.
Nazir bildirib ki, Bakıda ən böyük tutumu olan məktəbin bir şagirdi üçün bu rəqəm 600 manat, ucqar kənddə 30 min manatdır: "Bu da paylanma baxımından doğru deyil. Dövlət vəsaitindən daha səmərəli, nəticəyönümlü xərclənməsi istiqamətində rasionallaşdırma tədbirlərini davam etdirəcəyik".