Monitorinq Mərkəzi saytların səhvlərini açıqladı
- 4-12-2023, 11:23
- 308
Bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri Vəfa İsmayılova “Saytlarımız monitorinq aynasında” adlı hesabat tədbirində deyib.
Onun sözlərinə görə aşkar edilmiş 4500 dil faktından 3564-ü hesabata daxil edilib.
"Ümumi olaraq 52 saytda monitorinq aparılıb. 1371 orfoqrafik, 356 leksik, 909 qrammatik norma pozuntusu, 928 üslub və ifadə səhvi müəyyən olunub", - V.İsmayılova qeyd edib.