Bu universitetlər akkreditasiyadan keçmədi - Aqibəti necə olacaq?
- 2-11-2023, 10:54
- 547
Xalqxeber.az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib.
Qeyd edilib ki, digər üç ali təhsil müəssisəsində (“ADA” Universiteti, ATU, BMU) isə akkreditasiya prosesi davam edir.
"Akkreditasiya prosesi yekunlaşan ali təhsil müəssisələrindən yeddisinin nəticələri (AzTU, BDU, UNEC, ADPU, LDU, AzMİU, Xəzər Universiteti) Akkreditasiya Şurası tərəfindən “əsasən uyğundur” hesab edilərək növbəti 5 il üçün akkreditə olunmuşdur. SDU, BDU Qazax filialı və ADİU Zaqatala filialının qiymətləndirmə nəticələri Akkreditasiya Şurası tərəfindən “qismən uyğundur”, “uyğun deyil” hesab edilərək bir ildən sonra yenidən akkreditasiya olunmaları barədə qərar qəbul edilib", - deyə bildirilib.