Prezident general Şəfiyevi ehtiyata buraxdı

Sosial

Azərbaycan Prezidenti İlham Əliyev Akif Şəfiyevin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

xalqxeber.az xəbər verir ki, sərəncama əsasən, general-mayor Akif Əli oğlu Şəfiyev hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Prezident eyni zamanda dövlət sərhədinin mühafizəsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Akif Şəfiyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqda da sərəncam imzalayıb.

Qeyd edək ki, Akif Şəfiyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsinin rəisi vəzifəsini icra edirdi.