Aynura 9 il hökm oxundu

Sosial

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və mənimsəmədə təqsirləndirilən "Sevil Massivi" MMC-nin təsisçisi Aynur Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəməsi prosesi yekunlaşıb.

Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Aynur Zeynalov 9 il, Zabit Çələbiyev və Elmin İsmayılovun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Mirdamat Muradıyev və Səbinə Əliyevaya şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Təqsirləndirilən şəxslər 19 milyon manatdan 10 milyon 500 min manatı ödəyiblər.