Bakıda hasarları sökdülər: Qadın traktorun qarşısına çıxdı – VİDEO
- 10-07-2017, 20:25
- 57 327
Sakinlər deyirlər ki, illərdir, burada yaşayırlar: “Hasar da dünən çəkilməyib. "Qanun-qanun" deyib, sökürlər. Yan tərəfdəki villanın hasarı bizimki ilə eynidir. Amma onu sökmürlər, sökə bilmirlər".
10 ildir ki, burada yaşadığını deyən Gülnar adlı şikayətçinn sözlərinə görə, heç bir xəbərdarlıq etmədən sökməyə başlayıblar: "Bu günə qədər görmürdülər, indi xəbər tutublar? Yetim uşaq böyüdürəm, tək qadınam, bir az pul düzəldib hasar tikdirmişdim, onu da sökürlər. Yan tərəfdə icranın öz adamının tikintisi gedir. Hasarını düz yolun qırağına qoyublar. Ona niyə bir söz deyən yoxdur? Yan tərəfdə villa var. Hasarı da bizimki ilə eynidir, heç toxunan da yoxdur".
Ərazidə pencəkli, işçilərə "Oranı sök, buranı sök" deyə əmr edənlər var idi. Amma nədənsə onlara "Siz icra hakimiyyətinin nümayəndəsisiniz" sualını verəndə, "Mən adi vətəndaşam, sadəcə baxıram" deyə cavab verdilər.
Hətta çəkiliş apardığımız zaman bizdən kimliyimizi soruşub, kiməsə zəng edərək bu haqda məlumat verən şəxs belə, özünü adi məhəllə sakini kimi təqdim etdi. Qanuni söküntü prosesi gedirsə, bütün bunlara nə gərək vardı?
musavat.com