Nahid Emiloğlu saxlanıldı - “Bandotdel”dən əməliyyat

Sosial

Tanınmış təşkilatçı, "Səs music organization"nun rəhbəri Nahid Emiloğlu (Şükürov) tutulub.

N.Emiloğlu Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) əməkdaşları tərəfindən saxlanılıb.

N.Emiloğlu türk müğənni Rafet El Romanın və Damlanın iyun ayında keçiriləcək konsertləri üçün saxta bilet satışı etməkdə günahlandırılır.