"Anamın məzarı işğal altındadır" - İcra başçısı
- 6-07-2017, 13:29
- 121 107
Bunu Füzuli rayonunun icra başçısı Alı Alıyev Alxanlı kəndinə səfər edən xarici KİV nümayəndələri və hərbi attaşelərə deyib.
“Bütün dünya qurumları, BMT, ATƏT və digər təşkilatlar bunu görür və ikili standartlar tətbiq edirlər. Bu təşkilatların verdikləri bəyanatlara baxmayaraq, münaqişənin həllində heç bir irəliləyiş yoxdur. Biz sizdən, digər aidiyyatı qurumlardan ədalət istəyirik.
Mənim anamın qəbri işğal altında olan torpaqlarımızdadır. Biz torpaqlarımızı işğaldan azad etmək üçün hər bir yola hazırıq”.