Qəzada ölən qardaşlar deputatın qohumudur... - Foto

Sosial

Ötən gün Bakıda baş verən və 3 nəfərin ölümü, 1 nəfərin isə ağır yaralanması ilə nəticələn dəhşətli qəzanın təfərrüatları məlum olub.

Məlumata görə, qəzada həlak olan Hacızadə Rövşən və Üzeyir qardaşları millət vəkili Şəmsəddin Hacıyevin qardaşı nəvələridir.

Həlak olan 1992- ci təvəllüdlü Rövşən Hacızadə ailəli olub. Onun 1 aylıq körpəsi var. Qardaşlar Bakıda yaşayır.
Məsələ ilə bağlı deputat Şəmsəddin Hacıyevlə əlaqə saxladıq. O, hadisədən dərin üzüntü keçirdiyini vurğulayıb və məsələnin araşdırıldığını qeyd edib.

“Qafqazinfo”