Sabah Şuşada “IV Sənaye İnqilabı dövründə yeni media” mövzusunda Qlobal Media Forumu başlayır
- 21-07-2023, 10:59
- 781
“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, toplantıda ümumilikdə 50 ölkəni təmsil edən 120 media subyekti, rəsmi şəxslər, 250-dən çox qonaq iştirak edəcək.
Açılış mərasimindən sonra forum sessiyalarla davam edəcək.
Sessiyalarda isə medianın gələcəyi - rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları, həmçinin digər mövzular xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirəyə çıxarılacaq.
Qlobal forum çərçivəsində, eyni zamanda, paralel tədbirlərin - sərgi və təlimlərin də keçirilməsi nəzərdə tutulur.
Forum iyulun 23-ü axşama qədər davam edəcək.