MİQ üzrə növbəti apellyasiya müraciətləri başladı
- 17-07-2023, 11:00
- 509
Bu barədə Xalqxeber.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, imtahanlarda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin məzmunu ətraflı şəkildə qeyd olunmalıdır.
"Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək", - məlumatda qeyd edilib.