İstidən bezənlərə şad xəbər - Leysan, dolu gözlənilir...
- 4-07-2017, 13:15
- 61 854
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın bəzi rayonlarında iyulun 5-i gündüzdən 8-i səhərədək şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, iyulun 7-dən bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir.
İyulun 7-8-də havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək.
Çaylarda sululuğun artacağı ehtimal olunur.