Ən yüksək bal toplayan müəllimlərin adları məlum oldu
- 20-06-2023, 19:30
- 678
Elm və Təhsil Nazirliyindən bildirilib ki, sertifikatlaşdırma prosesinin test mərhələsində Salyanın Salman Cəfərova adına Yenikənd orta məktəbinin müəllimi Flora Dünyamalıyeva və Bakının 2 saylı tam orta məktəbinin müəllimi Şahinə Məmmədova 60 bal toplayaraq günün ən yüksək nəticəsini göstəriblər.
Qeyd edək ki, iyunun 20-23-də ölkə üzrə 20 minə yaxın ibtidai sinif, iyunun 24-də isə 8 500-dən çox müəllim Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanı mərhələsinə cəlb ediləcək.
Ümumilikdə sertifikatlaşdırma prosesinin ilk mərhələsinə 28 mindən çox müəllim dəvət olunub.