Bu gündən hava soyuyur, yağış yağacaq
- 13-05-2023, 11:57
- 343
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün və sabah axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında mayın 13-dən 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi kiçik çaylardan qısamüddətli sel keçəcəyi ehtimalı var.