Səlahiyyət müddəti bitən 11 hakimlə bağlı qərar verildi

Sosial

Bakı Apellyasiya Məhkəməsinin hakimlər korpusunda da dəyişikliklər edilib.

Bu barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, səlahiyyət müddəti bitən 11 hakimə yenidən etimad göstərilib.

5 hakimin vəzifəsi dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinə təyin edilib. İki hakim də vəzifələrini dəyişdirməsi ilə əlaqədar ( oğrul Əliyev, Vüqar Məmmədov) Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunub.

Sumqayıt və Şirvan Apellyasiya Məhkəmələrində işləyən iki hakim isə Bakı Apellyasiya Məhkəməsinə təyin edilib.