Aşıq Əlinin qohumunu öldürənin məhkəməsi başladı
- 30-06-2017, 11:10
- 89 679
Hakim Cavid Hüseynovun icraatında olan prosesdə ilkin hazırlıq iclası baş tutub.
İclasda anket məlunatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.
Proses iyulun 7-də davam etdiriləcək.
Qeyd edək ki, 2016-cı ildə Qobustan rayonun Divanlı qəsəbəsində keçirilən toy zamanı 1979-cu il təvəllüdlü Fəxri Kərimov mərasimə dəvət olunan Vüsal Nemətov tərəfindən bıçaqlanıb. Xəstəxanaya yerləşdiirlən F.Kərimov orada dünyasını dəyişib. Məlumata görə, 2013-cü ildə idmançı olan F.Kərimov Veymətovu döyüb. Qarşı tərəf isə bunun cavabını 3 il sonra toyda spirtli içki qəbul etdikdən sonra verib.
Qətlə yetirilən F.Kərimov Aşıq Əlinin yaxın qohumudur.