“Gənclərin Anti-narkomaniya” ictimai birliyi icra etdiyi layihənin Astarada təqdimatını keçirdi
- 10-04-2023, 17:52
- 226
Layihənin müddəti 4 ay olmaqla, 21 dekabr 2022-ci il – 21 aprel 2023-ci il tarixləri əhatə edir. Layihənin rəhbəri Büllur Məmmədovadır. Layihə çərçivəsində hazırlanmış “Biz həyatı seçirik” videoçarxı Astara rayonundan olan gənclər tərəfindən diqqətlə izlənib, böyük marağa səbəb olub. Təşkil olunan konfransda çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat idarəsi Təhqiqat şöbəsinin, Astara Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin və Astara Pedaqoji Kollecinin nümayəndələri ölkəmizdə narkomaniyanın yayılması ilə bağlı son statistic göstəriciləri, bu bəlanın yayılma səbəbləri, dövlət orqanlarının bu istiqamətdə həyata keçirdiyi mübarizə tədbirləri, həmçinin narkomaniya problem ilə əlaqədar problemlərin mənəvi aspektləri barədə danışıblar. Sonda tədbir gəncləri maraqlandıran suallara cavabların verilməsi ilə davam edib.