Şirkət rəhbəri və keçmiş TV əməkdaşının öldüyü hadisə barədə YENİ FAKTLAR
- 29-06-2017, 11:53
- 56 544
Bu arada məlum olub ki, qəzaya uğrayan avtomobil yaxınlıqdakı polis postundan keçərkən sürücü təhlükəsizlik kəmərini taxıbmış. Hadisə yerini müayinə edən polis qəza vaxtı avtomobilin təxminən saatda 140-150 kilometr sürətlə hərəkət etdiyini bildirib.
Məlumata görə, qəzada vəfat edən şəxslər əslən Tovuzdan olsalar da, Bakıda yaşayırmış. Onlar bayram günləri ilə bağlı rayona gedib Bakıya qayıdarkən məlum hadisə ilə üzləşiblər.
Qeyd edək ki, qəzada vəfat edən Orxan Mirzəyev AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin qardaşı oğludur. O, özəl şirkətlərdən birinin direktoru imiş. Elgün Abbasov isə keçmiş futbolçu və Tovuzda fəaliyyət göstərən ARB24 telekanalının keçmiş əməkdaşı imiş.