Hacı Şahinlə bağlı saxta yardım kampaniyası - İnanmayın!
- 3-03-2023, 22:48
- 415
Bununla bağlı mərhum din xadiminin sosial şəbəkə hesablarında paylaşım edilib.
"Hacı Şahinin dəfni və digər məsələlərə yardımla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Diqqətli olmağınızı xahiş edirik", - paylaşımda deyilir.
Qeyd edək ki, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli ötən gün 48 yaşında vəfat edib. Onun ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.