Müdafiə Nazirliyi erməniləri təkzib etdi (RƏSMİ)
- 23-06-2017, 10:43
- 170 810
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistanın hərbi rəhbərliyi cəbhədəki son itki və uğursuzluqlarına bəraət qazandırmağa və vahimə içində yaşayan erməni əhalisinə azacıq “inam” verməyə hesablanmış uydurma və yalan məlumatdan növbəti dəfə istifadə edib.
Xatırladaq ki, Ermənistan mətbuatı Azərbaycan tərəfinin hücum etməsi və itki verməsi barədə məlumat yayıb.