“6 saat keçmədən Azərbaycan Türkiyəyə yardım göndərdi” - Səfir
- 14-02-2023, 16:36
- 298
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı zəlzələ ilə bağlı keçirdiyi brifinqdə deyib.
"Zəlzələ baş verən günün səhəri Kəmaləddin Heydərov mənə zəng edərək, Azərbaycandan yardımların hazır olduğunu bildirib. 6 saat keçmədən Azərbaycandan ilk yardım Türkiyəyə yola düşüb. Yardım göndərən Azərbaycan vətəndaşlarına təşəkkür edirəm. Həqiqətən də, tək millət, iki dövlətik”, - deyə səfir bildirib.
Diplomat vurğulayıb ki, Azərbaycanın bütün bölgələri Türkiyəyə yardım üçün səfərbər olub:
“Azərbaycanın şimalından cənubuna qədər hər kəs Türk qardaşları üçün yardım göndərməyə çalışırdılar. Adını bilmədiyimiz qəhrəman vətəndaşlara təşəkkür edirik. Həqiqətən də, biz ürəklərin bir döyündüyünü gördük”.