Prezidentdən şagirdlərlə bağlı sərəncam - Adları “Qızıl kitab”a düşdü
- 22-06-2017, 09:20
- 37 625
Sərəncamda qeyd olunur ki, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:
Abdullayev Toğrul Namiq oğlu – Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Əlizadə Mirəli Hüseyn oğlu – Bakı şəhər Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
İbrahimova Lalə Azər qızı – Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi
Məhəmmədəlizadə Behnam Məhta Səid qızı – Bakı şəhər Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Məmmədov Atilla Yasin oğlu – Bakı şəhər Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi
Orucov Nihad Vüqar oğlu – Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi
Sədizadə Cəmil Əliağa oğlu – Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Talıblı Kamran Həsən oğlu – Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Yusifzadə Cavid Azər oğlu – Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi