Çovdarovun səhhəti haqda nazirlikdən açıqlama
- 21-06-2017, 16:55
- 55 107
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov deyib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin peşəkar həkim - mütəxəssislərinin Akif Çovdarovun səhhətinə hər zaman həssas yanaşırlar.
“Bu məsələyə tam məsuliyyətlə yanaşılır. Müraciətlər olunursa, heç vaxt reaksiyasız qalmır”, - deyə o vurğulayıb.
Qeyd edək ki, A. Çovdarovun vəkilləri onun səhhətində problemlərin olması ilə bağlı Ədliyyə Nazirliyinə etdikləri müraciətlərin cavabsız qaldığını bildirmişdilər.