İctimai nəqliyyatda ödəniş yeni üsulla olacaq
- 21-06-2017, 16:34
- 54 932
Bu haqda məlumatı trend yayıb. Xəbərə görə, Bakı Metropolitenində və sərnişin avtobuslarında quraşdırılmış kart-riderlərin də dəstəklədiyi xüsusi kartlar tədavülə buraxılacaq.
Bu kartların balansı “elektron pul kisəsi” vasitəsilə yüklənəcək. Yeni təmassız kartların gündəlik balansının avtomatik doldurulması da nəzərdə tutulur. Kartın yüklənməsi zamanı balansın dəyəri virtual hesabdan silinəcək.
Yeni kartları “Azərpoçt” MMC-nin poçt şöbələrindən əldə etmək mümkün olacaq.