Sabah Bakının bu rayonlarında su olmayacaq

Sosial

“Azərsu” su ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Daxil olan məlumata görə, Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun və Mərdanov qardaşları küçələrindən keçən magistral su kəmərlərinin köçürülməsi ilə əlaqədar 21 iyun 2017-ci il tarixində saat 09:00-dan 15:00-dək Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.