Taleh Bağırova hökm oxundu - 20 il

Sosial

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran hadisələri"nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Taleh Bağırov 20 illik müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror T. Bağırova ömürlük həbs cəzası istəmişdi.

***

Bundan başqa, Abbas Hüseyn 20 il, Fuad Qəhrəmanlı isə 10 il müddətinə azadlıqdan məhrum olunub.