AZAL-ın təyyarəsi Pekin hava limanına geri qayıtdı
- 20-06-2017, 09:16
- 41 158
AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, havaya qalxdıqdan sonra “Boeing 767” hava gəmisinin komandiri geri qayıtmağa qərar qəbul edib və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.
Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.