Milli Məclis bəzi məhkəmə hakimlərinin fəaliyyətinə xitam verəcək - Dəyişiklik

Sosial

"Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilir.

Parlamentdən verilən məlumatda bildirilib ki, bəzi hakimlərin seçilmə müddəti başa çatır.

Bununla əlaqədar konkret təyinatlar olacaq. Bir sıra səlahiyyət müddəti tamam olmuş hakimlərin təyinat məsələlərinə baxılacaq. Bunlar əsasən Apelyasiya və digər məhkəmələrin hakimləridir.

Qanuna dəyişiklik Milli Məclisin iyunun 30-da keçirləcək növbədənkənar iclasında müzakirə ediləcək.