SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » QANIYLA ZƏFƏR TARİXİ YAZAN QAZİLƏR...

QANIYLA ZƏFƏR TARİXİ YAZAN QAZİLƏR...

Tarix:

2-11-2022, 14:51

/ 526 dəfə oxundu.
QANIYLA ZƏFƏR TARİXİ YAZAN QAZİLƏR...


Məktəbdə böyük izdiham duyulurdu. Bütün kollektiv qürurla, fəxrlə Qazilərimizi qarşılamağa çıxmışdılar. Şagirdlərin üzündə fərəh, müəllimlərin çöhrəsində təşəkkür, Qazilərin baxışlarında isə qürur hiss olunurdu. Sanki onları görüb sevinən şagirdlərin sevinciylə, müəllimlərin təşəkkürüylə qürur duyurdular.
Bəli, bu qürur, bu təşəkkür Ali Baş Komandan İlham Əliyevin bir əmriylə Dəmir Yumruq ətrafında birləşib düşməndən 30 ilin qisasını 44 gündə alıb dünyaya meydan oxuyan Müzəffər Ordunun Qazisinə yaraşırdı...
Axı, 30 ildən sonra qəhrəman bir xalqın yalnış siyasət və səriştəsiz rəhbərlərin ucbatından işğal olunmuş torpaqlarının düşməndən azad edilməsi həm canını Vətənə qurban verən Şəhid üçün, həm Vətənə qan verən Qazi üçün, həm də xalq üçün bir fəxr idi...Uzun zamandan sonra məğlub məmləkətin məğlub vətəndaşı damğasını alnımızdan silib bizi QALİB MƏMLƏKƏTİN QALİB VƏTƏNDAŞI etdi bu oğullar...
Şəhidlərimiz və Qazilərimiz öz üzərlərinə düşən borcu şərəflə yerinə yetirdilər. Bu gün bizim də borcumuz onları tanımaq və gənc nəslə tanıtmaqdır. Əgər bu gün hərbi formada yaxası medallı Qazilərə fəxrlə baxırlarsa, hətta çox vaxt onlarla şəkil çəkdirmək istəyənlər varsa, bu ordumuza, qələbəmizə görə sevgidən irəli gəlir...
Sabunçu rayonundakı 78 saylı ümumtəhsil məktəbində təşkil olunmuş Zəfər tarixi adlı tədbirin məqsədi də məhz şanlı tariximizin canlı əfsanələri Qazilərimizi şagirdlərlə görüşdürmək, onları tanıtmaq idi. Tədbir ilk öncə məktəbin tarix müəllimi Sevda Şərifovanın rəhbərliyi ilə Dəyirmi Masa ətrafında müzakirələrlə başladı. Dəyirmi masada məktəbin direktoru Əfqan Həsənov, Qazilərimiz və 9-11-ci sinif şagirdləri iştirak etdilər. Tədbirin ikinci hissəsi məktəbin Zəfər tarixi fənni üzrə müəllimi Sara Əliyevanın təşkilatçılığı ilə bədii tarixi hissəylə davam etdi. Tədbir Azərbaycanın dövlət himni ilə başladı. Bundan sonra Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Açılış üçün ilk söz direktor Əfqan Həsənova verilsə də, o çıxış üçün ilk sözü Qazilərimizə verilməsini xahiş etdi. Mən ordumla, Qazimlə, Şəhidimlə bir daha onda fəxr etdim ki...Oğlu yaşda Qazilərə öz təşəkkürünü ifadə etmək üçün zalda yerini onlara təklif edən Əfqan müəllim bu qüruru bizə bir daha yaşatdı. Tədbirə qonaq qismində dəvət olunan polkovnik Azad Məmmədov, MAXE İlkin Kərimov, kiçik gizir Yarəhmədov Hacı, əsgər Bağırov Tərxan, könüllü əsgər Əliyev Ramin məktəblilərlə öz döyüş xatirələrini bölüşdülər...Tədbirdə şagirdlərin Vətənə, Şəhidlərimizə aid söylədikləri şeirlər tədbir iştirakçılarına duyğusal anlar yaşatdı. 
Hətta Sara müəllimə özünün müharibəylə bağlı acı xatirələrini, Ağdamdan qaçqın düşdükləri ağır illəri xatırlayıb kövrəldi...
Tədbir beləcə davam etdi... Bu adi tədbir deyildi. Sanki tarixin 2 anı yaşanırdı.... Zəfər tarixi yazan Qazilərlə Zəfər tarixi öyrənən şagird üz-üzə dayanmışdı... Tariximizdə Suqovuşan qələbəsi var... Bu gün məktəbdə isə Tarixin qovuşan qələbəsi idi...Tarix yazanla tarixi öyrənən qovuşmuşdu...
Tədbir bitdi. Sağollaşıb məktəbin binasından çıxırıq... bizi sevinclə, qürurla məktəbin həyətində gözləyən şagirdlər, valideynlər Qazilərimizlə görüşüb onlarla şəkil çəkdirmək üçüm bizə yaxınlaşırlar...
Bu an bir uşaq əzmlə, bir iradəylə, əmi, mənim atam da Qazidir, qolunu kəsiblər deyir. Qazilər silahdaşlarının övladı ilə görüşüb onunla şəkil çəkdirirlər...
Yolumuza davam edirik...
Bu an arxadan bir həzin səs eşidilir....
Oğlum...
Bəli, ana...
Haqqınızı halal edin...
Vətən sağ olsun, Ana.. deyə Qazilərdən biri dillənir..
Oğulsuz, nə Vətən ay oğul...
Allah sizi qorusun...
Gözlərində iki damla yaş süzülən ananın baxışlarında yolumuza davam edirik...
Sizinlə fəxr edirəm, qardaşlar...
Baxışlardan bir cavab oxuyuram..
NƏ YAXŞI Kİ, VARSINIZ...
QARA TORPAĞI QANLARIYLA SUVARIB VƏTƏN edən, QAZİLƏR!!!

Sevinc MURADXANLI




Şərhlər

XƏBƏR LENTİ