Azərbaycanda əmək müqavilələrinin sayı 1,6 milyonu ötüb

Sosial

 
Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 271.251 vahid artıb və bu il oktyabr ayının 1-nə 1 milyon 673 minə çatıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.