Kibertəhlükəsizliklə bağlı yeni sənədlər təsdiqlənəcək
- 3-10-2022, 11:31
- 741
"Azərbaycanda iki vacib normativ aktın təsdiq olunması gözlənilir".
Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev deyib.
O qeyd edib ki, bunlardan biri kritik informasiya strukturunun təhlükəsizliyi ilə bağlıdır. Eyni zamanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasının da təsdiq olunması gözlənilir.