Deputatdan MTK-lara ETİRAZ: - “Sanki kirayə haqqı yığırlar”
- 13-06-2017, 14:20
- 82 672
Bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən növbədənkənar iclasında Mənzil Məcəlləsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, birbloklu mənzillərdə mühafizəçiyə ehtiyac yoxdur:
“Texnologiya inkişaf edib, ona görə də mühafizəçi olmaya da bilər. Lift pulu ilə bağlı da fərqli yanaşma olmalıdır, binanın 16-cı mərtəbəsindəki mənzillə aşağı mərtəbələrdəki mənzillər arasında fərq olmalıdır, bunların pulu eyni ola bilməz. Mənzil-Tikinti Kooperativləri (MTK) binadakı təmizlik işlərinə baxırlar. Bir də, 5-7 ildənbir binanın fasadını yeniləyirlər, əvəzində xeyli pul alınır”.
Digər deputatlar da MTK-ların sakinlərdən pul yığmasına etiraz edib.