İran səfiri Azərbaycanı Laçında nəzarəti bərpa etməsi münasibətilə təbrik ETDİ
- 27-08-2022, 19:00
- 859
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanı hərbi qüvvələrin Laçına nəzarəti bərpa etməsi münasibətilə təbrik edib.
Bu barədə səfir Seyid Abbas Musəvi Şuşada jurnalistlərə açıqlamasında deyib:
“Biz çox şadıq, Azərbaycan hökumətini və xalqını öz torpağında, Laçında nəzarəti bərpa etməsi münasibətilə təbrik edirik”.