Şuşada beynəlxalq media forumu keçiriləcək

Sosial

 
Bu gün Şuşada "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda beynəlxalq media forumu keçiriləcək.

Forumda "Yeni media jurnalistikasına keçid, ənənəvi medianın problemləri, rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı", "Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri" və digər mövzular müzakirə olunacaq.

Tədbirə Azərbaycanda fəaliyyət göstərən media qurumlarının baş redaktorları və bir sıra xarici ölkələrdən olan jurnalistlər qatılacaq.

Tədbir iştirakçılarını aparan təyyarə bir neçə dəqiqə əvvəl Füzuli Beynəlxalq Hava Limanına enib.